Gürcüstan Ermənistana Rusiya qazının verilişini yenidən dayandırdı

27 Avqust 2014 11:58 (UTC+04:00)


Trend-in Gürcüstan Qaz Tranzit Şirkətinə istinadən verdiyi məlumata görə, Ermənistan tərəfi qazın verilişinin dayandırılması barədə rəsmən məlumatlandırılıb.

Qeyd edək ki, Ermənistana sonuncu dəfə qazın verilişi avqustun 20-də müvəqqəti dayandırılmışdı və 3 gündən sonra bərpa edilmişdi. Buna səbəb Gürcüstanda (Daryal dərəsində) Şimali Qafqaz-Cənubi Qafqaz magistral qaz kəmərində baş vermiş qəza olmuşdu.

Ermənistanın qaz təchizatı müvəqqəti dayandırılarkən ölkə istehlakçıları "Abovyan" yeraltı qaz anbarındakı qazla təmin olunurlar.

AzNews.az