İran Xəzəryanı ölkələrin təşkilatını yaratmaq istəyir

13 Sentyabr 2012 09:40 (UTC+04:00)
İran Xəzəryanı ölkələrin təşkilatının yaradılmasını təklif edir. Rəsmi Tehran belə hesab edir ki, bu vasitə ilə Xəzər regionunda ortaya çıxan problemləri daha tez aradan qaldırmaq mümkündür.

Bu barədə İran parlamentinin deputatı Mehdi Sənai məlumat verib. Millət vəkili Qərb ölkələrini Xəzəri hərbləşdirməyə çalışmaqda ittiham edib. İranını buna qarşı çıxdığını deyən Sənai Xəzəryanı dövlətlərin təşkilatının yaradılmasını problemlərdən çıxış yolu adlandırmaqla yanaşı, gələcək əməkdaşlıq üçün yeni üfiqlər açacağını bildirib.

Alpər
AzNews.az