İsmayıllıda meşə yanğını davam edir- VİDEO

27 Avqust 2014 19:59 (UTC+04:00)
İsmayıllıda meşəlik ərazini yanğın öz cənginə alıb. Yanğın havanın isti və küləkli olması səbəbindən böyük ərazini əhatə edib.

ANS TV-nin məlumatina görə, hazırda İsmayıllı rayonunun dağlıq ərazidə yerləşən Qaraqaya kəndi ərazisində yangın baş verdiyindən, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən helikopterləri cəlb olunub.

İsmayıllıda gecə saatlarından başlayan yanğın bu gün də davam edib. Qaraqaya və könə Daxar kəndlərindən başlayan yanğın, havanın isti və küləkli olması səbəbindən böyük ərazini əhatə edib.

Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı rayon dövlət yanğından mühafizə hissəsinin 6 yanğınsöndürən maşını və 40-a yaxın əməkdaşı, eləcə də Fövqəladə Hallar Nazirliyinin iki helikopteri cəlb olunub. Yanğının söndurulməsində kənd sakinləri də iştirak edib.

Kənd Bələdiyyəsinin sədri Azər Bağırovun sözlərinə görə, "Ətraf kəndlər və Qaraqaya kəndinin sakinləri işə cəlb olunub. Ancaq yanğının qarşısını almaq mümkün olmayıb".

Hadisə baş verən ərazi keçilməz olduğundan yanğının söndürülməsində çətinlik yaşanır. Yanğın baş verən ərazi Qaraqaya kəndinin yaxınlığında, yaşayış evlərinin təqribən 300 metrliyində yerləşir. Hazırda yanğınla mübarizə davam edir.




AzNews.az