HƏMAS-ın uğuru İsrail hökumətini bir-birinə vurdu

27 Avqust 2014 20:35 (UTC+04:00)
İsrail ilə Fələstin arasında əldə edilən razılıq Təl-Əvivdə müzakirələrə səbəb olub.

Axar.az xəbər verir ki, İsrail təhlükəsizlik kabinetində iştirak edən 8 nazirdən 4-ü atəşkəs tərəfdarı olsa da, 4-ü isə atəşkəsə qarşı olduğunu bildirib. Nazirlərdən bəziləri Baş nazir Benyamin Netanyahunun aldığı qərardan sonra hökumətin təcili olaraq toplanmalı olduğunu bildirsə də, digərləri buna qarşı çıxaraq xüsusi bir iclasa ehtiyac olmadığı qənaətində olublar.

Qeyd edək ki, dünən Misirin paytaxtı Qahirədə İsrail və Fələstin arasında uzunmüddətli sülhün əldə edilməsi istiqamətində razılıq əldə edilmişdi.

AzNews.az