“Mercedes“lər toqquşdu- Bakı- Sumqayıt yolu bağlandı (FOTOLAR)

27 Avqust 2014 22:00 (UTC+04:00)
Bu dəqqələrdə Bakı-Sumqayıt yolunda dəhşətli tıxac var.

AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yüzlərlə avtomobil sürücüsü, o cümlədən avtobusla hərəkət edən sərnişinlər mənzil başına çatmaq üçün tıxacın açılmasını gözləyir.


Tıxacın uzun müddətli olmasına səbəb yolda avtomobil qəzasının baş verməsidir. Belə ki, saat 22:00 radələrində "Ekologiya Postu"nun yaxınlığında iki "Mercedes" maraklı avtomobilin toqquşub və nəticədə Sumqayıt istiqamətində hərəkət tamamilə iflic olub.

Yol polisi əməkdaşları hazırda avtoqəzanın yaratdığı problemin aradan qaldırılması istiqamətində işlər aparır.

Qeyd edək ki, son günlər paytaxtdan Sumqayıt və yaxud əks istiqamətinə yolda tıxacların yaranması ciddi problemə çevrilib. Tıxaclara səbəb kimi Bakı dairəvi yolunun Beynəlxalq Avtovağzal adlanan ərazisindən yolun 8-ci km-ə qədər olan hissəsinin nəqliyyatın hərəkəti üçün bağlanması göstərilir.

Amid
AzNews.az