Azərbaycanlı teleaparıcı İstanbula tək getməyib – FOTOSESSİYA

13 Sentyabr 2012 09:45 (UTC+04:00)
Tanınmış teleaparıcı İlahə Nizamiqızı övladlarının vədinə əməl edib. AzNews.az-a danışan teleaparıcı övladlarını Türkiyəyə istirahət məqsədiylə apardığını və oranı gəzməklə, İstanbulu seyr etməklə övladlarına xoş anlar yaşadıb:

"Mən, oğlum və qızım istirahət etdik. Övladlarıma söz vermişdim ki, bu il onları İstanbula aparacağam və doya-doya gəzdirəcəyəm. Sözümə əməl etdim. Bu gəzintidən çox zövq aldım. Çünki həyatımın kislorodları mənimlə idi".

Fuad Mədətov
AzNews.az