Donbasda rusiyalı hərbçilərin döyüşdüyü təsdiqləndi -Etiraf

28 Avqust 2014 09:10 (UTC+04:00)


AzNews.az-ın "İtar-tass"a istinadən vediyi məlumata görə, bunu separatçı "Donetsk Xalq Respublikası"nın (DXR) baş naziri Aleksandr Zaxarçenko deyib.

O bildirib ki, "DXR" hərbi birləşmələrində 3-4 min rusiyalı döyüşçü var və onlar könüllü olaraq, "özünümüdafiə" dəstələrinə qoşulublar.

"Baş nazir" iddia edib ki, hazırda "DXR"in vahid komandanlıqda birləşən ordusu formalaşıb: "Aramızda olan rusiyalı döyüşçülərin arasında təqaüdə çıxmış peşəkar hərbçilər var. Onlar bizim azadlıq mübarizəmizə dəstək verirlər.

Aleksandr Zaxarçenko rusiyalı könüllülərin arasında ölənlərin olduğunu da etiraf edib.



Məhəmməd
AZNews.az