BQXK Ermənistanda girov saxlanılan Dilqəm və Şahbazla görüş keçirəcək

28 Avqust 2014 09:20 (UTC+04:00)

BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, qurum öz mandatına uyğun olaraq girovlarla görüş keçirməyi planlaşdırır.

Görüşün tarixi barədə məlumat verməyən İ.Hüseynova bildirib ki, qaydalara uyğun olaraq bu barədə yalnız görüş baş tutduqdan sonra məlumat veriləcək: "Görüşdən sonra təfsilatı ilə bağlı geniş məlumat verəcəyik. Görüş zamanı girovlar ailələrinə məktub da yaza bilərlər".

AzNews.az