Yadigar Sadıqovun başqanlığa namizədlik xəbəri təsdiqini tapmadı - Açıqlama

28 Avqust 2014 09:47 (UTC+04:00)


"Hazırda həbsdə olan Yadigar Sadıqov namizədliyini Müsavat Partiyasının Məclis üzvlüyünə irəli sürüb".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

Y. Sadıqovun partiyanın başqanlığına namizədliyini irəli sürməsi haqda gedən məlumatı təkzib edən G. Aslanlı bildirib ki, Y. Sadıqov Məclis üzvlüyünə sərbəst olaraq namizədliyini irəli sürüb.

Qeyd edək ki, bu gün mediada Müsavat Partiyası başqanının müşaviri, hazırda həbsdə olan Yadigar Sadıqlının Müsavat başqanlığına namizədliyinin irəli sürülməsi barədə məlumat yayılıb.
Bu gündən başlayaraq, Müsavat Partiyası başqanlığına namizədlərin müəyyənləşməsi prosesinə start verilib. Kampaniya sentyabrın 17-dək davam edəcək. Partiyanın qurultayı isə sentyabrın 27-də keçiriləcək.

Bahar Rüstəmli
AzNews.az