İlqar Fəhmiyə vəzifə verildi

28 Avqust 2014 11:50 (UTC+04:00)

AYB-dən APA-ya verilən məlumata görə, "Ulduz" jurnalının baş redaktor müavini İlqar Fəhmi Yazıçılar birliyinin katibi təyin edilib.

Bu barədə qərar AYB katibliyinin bugünkü toplantısında qəbul olunub. Əvvəllər bu vəzifəni Arif Əmrahoğlu icra edib.

Qeyd edək ki, A. Əmrahoğlu bu il iyunun 19-da dünyasını dəyişib.

AzNews.az