Əhməd Davudoğlu bəzi nazirləri yeni hökumətdə görmək istəmir

28 Avqust 2014 13:58 (UTC+04:00)


Avropa.info-nun məlumatına görə, bəzi nazirlərin kənarda qalacağı ehtimal edilir.

Ərdoğan bu gün Parlamentdəki inaqurasiyasından sonra Prezident Sarayına çıxacaq sonra isə Davudoğluna 62-ci hökuməti qurmağı tapşıracaq.

Davudoğlu vaxt itirmədən yeni kabineti prezidentə təqdim edəcək.

Yeni Nazirlər Kabinetində bəzi şəxslərin kənarda qalacağı, bəzilərinin isə yer dəyişəcəyi gözlənilir. Kabinetdən Bülənt Arınç, Bəşir Atalay, Tanər Yıldız, Hayati Yazıçı, Faruk Çelik, Mehdi Əkərin kənarlaşdırılacağı gözlənilir.

Bunun əvəvzində Yalçın Akdoğan, Numan Kurtulmuş, Mahir Ünal, Nurəddin Canıklının isə kabinetə girəcəyi ehtimal edilir.

AzNews.az