Rəcəb Tayyib Ərdoğan - And içdi (VİDEO)

28 Avqust 2014 14:23 (UTC+04:00)
Andiçmə mərasimində bir çox ölkələr dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində təmsil olunublar. Mərasimdə Azərbaycan hökuməti adından Baş nazir Artur Rasi-zadə iştirak edib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Prezidenti seçilməsi münasibətilə Türkiyə Böyük Millət Məclisində and içdi. Andiçmə mərasimidən sonra Türkiyənin dövlət himni səsləndi və 101 dəfə atəş açıldı.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçirilib. Seçkilərdə 51,8 faiz səs çoxluğu ilə Baş nazir Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb. Türkiyə Prezidenti Abdullah Gülün səlahiyyət müddəti avqustun 28-də bitir.



AzNews.az