Arvadını öldürən şəxsə 14 il həbs- Neftçalada

28 Avqust 2014 14:35 (UTC+04:00)


"Qafqazinfo"ya daxil olan məlumata görə, 15 yanvar 2014-cü il tarixdə Binəqədi rayonun Çiçək yaşayış massivində Əbülfəz Məmmədov həyat yoldaşı Günel Məmmədovanı qətlə yetirib. Əbülfəz Məmmədov həmin axşam Binəqədi RPİ 40-ci Polis Bölməsinin əməkdaşları tərəfindən "Neftçilər" metrosunun yaxınlığında saxlanılıb. İlkin olaraq rayon prokurorluğunda CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.

Məhkəmə prosesində Ə.Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmənin hökmü ilə Əbülfəz Məmmədov 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

AzNews.az