Arsen Yasenyuk və Aleksandr Turçenov partiya yaradır - Ukrayna

28 Avqust 2014 14:57 (UTC+04:00)


AzNews.az-ın xəbər verir ki, bu barədə məlumatı "Kapital" adlı Ukrayna qəzeti verib.

Qəzet yazır ki, siyasətçilərin birgə təsis edəcəyi qurum Arsen Yasenyuk rəhbərlik edəcək. Təşkilat növbədənkənar parlament seçkilərinə hazırlıq məqsədilə yaradılır.

Mətbuat orqanı xəbər verir ki, təşkilata rəhbərlik edilməsi ilə bağlı prezident Petr Poroşenko ilə aparılan danışıqlar nəticəsiz başa çatıb və dövlət başçısı bu təkliflə razılaşmayıb.

Qəzetə açıqlma verən deputat Andrey Sençenko deyib ki, adıçəkilən siyasətçilərin təsis edəcəyi təşkilat "Batkivşinı" partiyasının bazasında formalaşdırılacaq.

Xatırladaq ki, hər iki siyasətçi ötən ilin payızından Kiyevdə başlayan "Maydan" hərəkatının qələbəsindən sonra hakimiyyətə gəlib.

Məhəmməd
AzNews.az