“Mahnılarımı həyat yoldaşıma həsr etmişəm” - VİDEO

28 Avqust 2014 18:54 (UTC+04:00)
Müğənni-bəstəkar Emin Rusiyanın birinci kanalında yayımlanan "Gənc milyarderlər" verilişinin qonağı olub.

Biznesindən, musiqi sevgisindən danışan ifaçı hazırkı pilləyə qalxma prinsiplərini açıqlayıb:

"Amerikada oxuyurdum. Bir dəfə atam yanıma gələndə mağazaları gəzməyə çıxdıq. Qəfildən mənə dedi ki, sən heç kim, avara olacaqsan. Lazımsız biri kimi böyüyəcəksən. Pis oldum, öz-özümə düşündüm ki, qəflətən bu sözlər haradan çıxdı. Özümə söz verdim ki, bir də atamdan pul götürməyəcəm. Universiteti bitirib, Moskvaya getdim. Mənə dedi ki, bir neçə işçini şirkətdən qovmuşam. Gəl, mənimlə çalışaq. Səhər cins şalvar və köynəkdə ofisə getdim. İngilis tələbələrinə oxşayırdım. Ofisə daxil oldum, məni hamıya "Tanış olun, sizin yeni müdiriniz" deyə təqdim elədi. İstəmirdim, məni belə tanıtsın. İşə "07" markalı maşınla gedirdim. Deyirdim ki, mən idarəçiyəm, öz avtomobilimlə getməliyəm. Atamın maşınına isə oturmurdum".

Emin həyat yoldaşı Leyla Əliyeva ilə bağlı suallara isə belə cavab verib:

"Sevgi cəbhəsindəki hal əlbəttə ki, musiqi həyatıma təsir edir. Mahnılarım olub ki, onu həyat yoldaşıma həsr etmişəm. Birincisi, xoşbəxtəm, ikincisi isə iki oğlum var. Bu məni daha da xoşbəxt edir".

Müğənninin atası, iş adamı Araz Ağalarov isə oğlu haqda bunları deyib:

"Ona pul vermək mümkün deyildi, götürmürdü. Oğlumla danışanda elə bilirəm, özüməm. Ona "yox" demək qeyri-mümkündür. Eminin indiki halından çox razıyam".

Müğənni İqor Krutoy isə Emin haqqında "Uşaqlıqdan xaricə uçarkən həmişə adi qaydalardan istifadə edirdi. Deyirdim ki, biznes-klassa get. Söyləyirdi yox, nə vaxt özüm qazanıb, pulum olar, onda gedərəm. Atamın pulu ilə bunu heç vaxt etməyəcəm. Halbuki, onun atasının buna gücü çatırdı", deyə bildirib. (Müsavat)



AzNews.az