İki rayonunda meşə yanğınının qarşısı alındı

29 Avqust 2014 07:22 (UTC+04:00)


AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şabran rayonu, Çuxurazəmi kəndində (rayon mərkəzindən 59 km aralı) 5 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 22:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Quba rayonunda qeydə alınıb. Belə ki, rayonun, Alpan kəndində (rayon mərkəzindən 18 km aralı) 5 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı meşə sahəsi yanğından mühafizə olunub. Yanğın saat 00:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Amid
AzNews.az