Cəbhədə vəziyyət gərgin olaraq qalır

29 Avqust 2014 08:24 (UTC+04:00)

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Şuraabad, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az