Müsavatın qurultayına YAP da dəvət ediləcək - Açıqlama

29 Avqust 2014 11:48 (UTC+04:00)

Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AzNews.az-a bildirib ki, təmsil etdiyi təşkilatın gələn ayın 27-də nəzərdə tutulan qurultayına Azərbaycanda olan bütün siyasi partiyaları dəvət etmək niyyəti var: "Eyni zamanda qurultaya xarici ölkələrin Müsavat Partiyası ilə müttəfiq olan siyasi partiyaları və təşkilatları da dəvət etmək niyyətindəyik".

A.Hacılı vurğulayıb ki, YAP nümayəndələrinin Partiyanın qurultayına dəvət olunması da müzakirə mövzusudur: "Hələlik Qurultaya dəvət edəcəyimiz siyasi partiyaların adlarını açıqlamaq istəməzdim".

Amid
AzNews.az