Ukrayna müharibədəki itkilərinin sayını açıqladı – Statistika

29 Avqust 2014 15:55 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasından bildirilib ki, Donbasdakı antiterror əməliyyatları zamanı hökumət qüvvələrinin 789 hərbçisi həlak olub.

Məlumatda o da qeyd olunub ki, təkcə son sutka ərzində Ukrayna ordusunun 10 hərbçisi həlak olub, 30-u isə yaralanıb.

Əməliyyatlara start verildikdən bu günə qədər yaralanan Ukrayna hərbçilərinin sayı isə 2789 olub.

Xatırladaq ki, Ukraynanın cənub-şərqində aktiv hərbi əməliyyatlar aprelin 15-dən başlayıb.

Məhəmməd
AzNews.az