Rasmussen Cənubi Qafqaz səfərindən danışdı

13 Sentyabr 2012 11:15 (UTC+04:00)


NATO baş katibi "Euronews" telekanalıana müsahibə verib. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, Baş katib müsahibəsində Cənubi Qafqaz regionunda baş verən hadisələrə və xüsusilə Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlara toxunub.

NATO baş katibi bildirib ki, o, Səfərovun ekstradisiyasından narahatdır və hesab edir ki, bu addım bölgədə sabitliyin yaradılmasına xidmət etmir. O, jurnalistin "sizə qarşı İrəvanda aksiyalar təşkil edildi" – sualına təkziblə cavab verib: "Mən NATO əleyhinə hər hansı aksiya görmədim. Sadəcə bir qrup gənc Səfərovun əfv olunmasına etiraz edirdi".

Sadiq
AzNews.az