Deputatın əsərinin çəkilişlərinə dövlətdən dəstək axtarılır

30 Avqust 2014 09:33 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında serialın ssenari müəllifi Əyyub Qiyas deyib.

O bildirib ki, yazıçı Hüseynbala Mirələmovun romanı əsasında çəkiləcək serialın xərclərinin dövlət tərəfindən ödənilməsi üçün müəyyən addımlar atılmaqdadır: "Serialın çəkiliş xərcləri sponsor tərəfindən ödəniləcək. Ancaq dövlət vəsaitiin ayrılması da nəzərdə tutulur. Biz xərclərin yalnız müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsini də istəyirik. Yaxın vaxtlarda bu məsələyə də aydınlıq gələcək".

Qeyd edək ki, "Gəlinlik paltarı" serialının baş qəhrəmanlarını əməkdar artist İlqar Cahangir (Harin) və Ülfət Bəşir (Fənayə) canlandıracaq.

Bahar Rüstəmli
AzNews.az