Brüsseldə Avropa İttifaqının sammiti başlayıb

30 Avqust 2014 20:18 (UTC+04:00)
Bu gün Brüsseldə Avropa İttifaqının sammiti başlayıb.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, ənənəvi olaraq, sammitin işi Avropa Parlamentinin sədri Martin Şultsla Avropa İttifaqı liderləri arasındakı fikir mübadiləsi ilə başlayıb.

Bu dəfə sammit iştirakçıları, həmçinin, Avropa Komissiyasının yeni seçilmiş sədri Jan-Klod Yunkerlə də fikir mübadiləsi aparacaqlar. Daha sonra iclasda Ukrayna prezident Pyotr Poroşenko çıxış edəcək.

Sammitin gündəmində Avropa Şurasının sədrinin seçilməsi, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə alı nümayəndəsinin təyin etmək kimi məsələlər durur. Adıçəkilən postlara ən real namizədlər Polşanın Baş naziri Donald Tusk və İtaliyanın xarici işlər naziri Federika Moqerinidir. Yekunda Ukraynadakı vəziyyətə dair sənədin qəbul olunması gözlənilir.

AzNews.az