“Qarabağ“ Ağdama gedir

31 Avqust 2014 19:54 (UTC+04:00)
"Qarabağ" klubu sabah Ağdam rayonunun Quzanlı qəsəbəsinə gedəcək.

Səfər çərçivəsində "Qarabağ"ın qazandığı son ölkə çempionluğunun kuboku azarkeşlərə nümayiş etdiriləcək.

"Qarabağ" Quzanlıya səfərə klubunun rəhbərliyi, məşqçi və futbolçluları ilə gedir.

Qeyd edək ki, Qurban Qurbanovun baş məşqçi olduğu "Qarabağ" komandası bu il Avropa Liqasının qrup mərhələsinə adlaya bilib.

ANS PRESS