Həbsxanaya basqın- 13 ölü

31 Avqust 2014 20:15 (UTC+04:00)
Somalinin paytaxtı Moqadişunun şərqində yerləşən və terrorçuların saxlanıldığı "Qodka Cilio" həbsxanasına Əş-Şəbab terror təşkilatı tərəfindən basqın edilib.

Axar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, hadisədə 8 terrorçu, 3 əsgər, 2 nəfər də mülki vətəndaş həlak olub.

Məlumatda atışma zamanı yaralananların da olduğu da qeyd olunub.

Somali Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin sözçüsü Məhəmməd Yusuf terrorçuların həbsxanaya çatmadan öldürüldüklərini deyib.

Xatırladaq ki, anarxiyanın hökm sürdüyü Somalidə təhlükəsizlik qüvvələri ilə Əş-Şəbab terror təşkilatı yaraqlıları arasında tez-tez belə qarşıdurmalar yaşanır.

AzNews.az