MAQATE-dən İrana qarşı daha bir qətnamə

13 Sentyabr 2012 13:21 (UTC+04:00)


Beynəlxalq Atom Enerjisi Təşkilatı İrana qarşı yeni qətnamə qəbul etməyə hazırlaşır. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, qətnamə təşəbbüsü altılığa daxil olan – Rusiya, Çin, Britaniya, Almaniya, Fransa və ABŞ nümayəndələrindən gəlib.

Hələ müzakirə mərhələsində olan qətnamənin mətnində qeyd edilir ki, İranın nüvə proqramı ətrafında aparılan danışıqlar qarşılıqlı anlaşma yolu ilə, mərhələli və etimad mühiti formalaşdırılaraq həll edilməlidir.

Ekspertlərin rəyinə görə, bütövlükdə qətnamə yumşaq tonda hazırlanıb və İrana qarşı hər hansı sərt tədbirlərin görülməsini nəzərdə tutmur. Bununla belə, qətnamədə qeyd edilib ki, İranın BMT təhlükəsizlik şurasının qərarlarına saymaz yana münasibəti narahatlıq doğurur. Eyni zamanda İrana nüvə proqramı ilə bağlı fəaliyyətini MAQATe- nin nəzarəti altında aparmaq tövsiyə edilir.

Qətnamənin yumşaq tonuna baxmayaraq ekspertlər hesab edirlər ki, onun qəbul olunması "altılıq" dövlətlərinin İrana qarşı müxtəlif mövqeləri ucbatından qəbul olunmayacaq.

Sadiq
AzNews.az