Bakı 12 döyüş kateri aldı

2 Sentyabr 2014 19:05 (UTC+04:00)
Nüfuzlu beynəlxalq "IHS Jane`s" hərbi icmalı İsrailin 12 müasir döyüş katerini Azərbaycana göndərdiyini bildirib.

ANS PRESS-in məlumatına görə, bunlar Israel Shipyards tərsanələrində hazırlanan 6 ədəd "Shaldag Mk V" və 6 ədəd "Saar 62" kateridir.

"IHS Jane`s" həmçinin bildirir ki, Bakıda bu ilin iyulunda Türkan ərazisində 13 min kvadrat metr sahəli tərsanə tikilib.

Tikintidə Israel Shipyards iştirak ediblər və yeni tərsanədə iki hərbi kater hazırlanıb.

AzNews.az