İbadoğlunun tərəfdarları toplandı - Hikmət Hacızadə sərt danışdı

3 Sentyabr 2014 08:12 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, ötən gün Müsavat Partiyası başqanlığına iddialı Qubad İbadoğlu Səbail və Yasamal rayonundan olan müsavatçılarla görüş keçirib.

Görüşdə Q. İbadoğlunu dəstəkləmək məqsədilə partiyanın nüfuzlu üzvləri, Divan üzvləri Vurğun Əyyub və Hikmət Hacızadə iştirak edib.

Hikmət Hacızadə bildirib ki, qurultayda başqanlığa keçiriləcək seçkidə Q. İbadoğlunu dəstəkləyəcək:
"Qərara aldım ki, Qubad bəyi dəstəkləyim. İndiki halda partiyaya onun kimi şəxsin rəhbərlik etməsi lazımdır. Bizim ümidimiz mənəvi gücdür, intelektual gücdür. Bizə belə başqan lazımdır, ziyalı lazımdır".

V. Əyyub da çıxışında Müsavat Partiyasının Q. İbadoğu ilə irəli gedəcəyinə inandığını deyib.

İclasda danışan Divan üzvləri Nüşabə Sadıxlı və Almaz Əliqızı, partiya fəalı Sədaqət Paşayeva da çıxışlarında dəstək veriblər.
AzNews.az-ın xəbərinə görə, Müsavat fəalı, professor Adil Qeybulla da Q. İbadoğlunu dəstəklədiyini söyləyib.

Bahar Rüstəmli
AzNews.az