Milli Şuranın Koordinasiya Mərkəzi toplanır

3 Sentyabr 2014 09:23 (UTC+04:00)

Bu barədə məlumatı AzNews.az-a Milli Şuranın Hüquq Komissiyasının sədri Vidadi Mirkamal deyib. Onun sözlərinə görə, toplantıda son günlər cəmiyyətdə baş verən ictimai-siyasi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Milli Şuranın KM-nin toplantısı Eldəniz Quliyevin rəhbərlik etdiyi Azərbaycan Ziyalılar Birliyinin ofisində baş tutacaq.

Bahar Rüstəmli
AzNews.az