«Hüseyn Cavid. Vətənə qayıdış» yazı müsabiqəsi elan olunur

3 Sentyabr 2014 09:45 (UTC+04:00)


Müsabiqəyə yalnız yeni və xüsusi olaraq müsabiqə üçün hazırlanmış məqalələr qəbul edilir.

Məqalələr Azərbaycan dilində elektron variantda müəlliflər tərəfindən şəxsən redaksiyaya təqdim olunmalıdır. Həcm məhdudiyyəti qoyulmur.

Təqdim olunmuş əsərlər münsiflər tərəfindən dəyərləndirildikdən sonra Azərbaycan və Türk dillərində ayrıca kitab kimi nəşr olunacaqdır.

Birinci yer üçün 1500, ikinci yer üçün (iki mükafat) 1000, üçüncü yerə görə (üç mükafat) 700 manat, eyni zamanda hər biri 300 manat olmaqla 10 xüsusi mükafatın verilməsi nəzərdə tutulur.

Müsabiqənin müddəti 1 iyun – 31 oktyabr 2014-cü il tarixlərini əhatə edir.

Əlavə məlumat almaq istəyənlər iş günləri redaksiyaya müraciət edə bilərlər. (Əlaqələndirici şəxs Təranə Məhərrəmova – 510-61-92).

AzNews.az