Sabah toyu olacaqdı, bu gün öldü... - Ağdamda faciə

3 Sentyabr 2014 10:18 (UTC+04:00)


"Qafqazinfo" xəbər verir ki, qız qaçırıb toya hazırlaşan gəncin toy çadırı yas çadırına dönüb. Ağdam rayonundan məcburi köçkün olan 27 yaşlı Ramin İbrahimov ürək tutmasından vəfat edib. R. İbrahimov bir neçə gün əvvəl qız qaçırıb və yaxın günlərdə toyu olacaqmış. Rayonun Heydər Əliyev prospektində yerləşən avtoyuma məntəqəsində işləyən Ramin İbrahimov işdə olarkən ürək tutmasından həyatını itirib. Hadisə yerinə təcili tibbi yardım gəlsə də, gəncin həyatını xilas etmək mümkün olmayıb.

AzNews.az