Yəməndəki ABŞ səfirliyi də yandırıldı - -FOTO - VİDEO

13 Sentyabr 2012 15:05 (UTC+04:00)


Liviya və Misirdən sonra Yəməndəki ABŞ səfirliyi də hücuma məruz qalıb. AzNews.az-ın Newsru.com saytına istinadən verdiyi xəbərə görə, qəzəbli kütlə Səna şəhərində yerləşən səfirlik binasına soxulmağa cəhd edib.

ABŞ bayrağını cıraraq yandırıblar, səfirlik binasına od vurublar. Polis etirazçılara qarşı güc tətbiq etməyə məcbur olub. Polislə etirazçılar arasında yaranmış qarşıdurma zamanı 1 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilir. Onlardan 3-nün polis, 11-nin hərbiçi, 16-nın isə etirazçı olduğu qeyd edilir. Polis 4 mindən çox etirazçını dağıtmaq üçün havaya atəş açmaq məcburiyyətində qalıb. Səfirlik binasında isə xeyli əməkdaşın qaldığı bildirilir.



Sadiq
AzNews.az