Prezident şeyxə orden verdi
3 Sentyabr 2014 19:05 (UTC+04:00)
Belarus prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni Françısk Skorinı ordeni ilə mükafatlandırıb.
AzNews.az ans press-ə istinadən xəbər verir ki, Belarus prezidentinin mətbuat xidməti uyğun fərmanının dövlət başçısı tərəfindən sentyabrın 1-də imzalandığını bildirib.
Allahşükür Paşazadə bu mükafatı Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına əhəmiyyətli şəxsi töhfəsi, Belarus və Azərbaycan arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənilməsi fəaliyyəti və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə layiq görülüb.
AzNews.az