Azərbaycan hərbçiləri Finlandiyada təlimə qatılacaq
4 Sentyabr 2014 08:18 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 5-dən 13-dək Ekenas şəhərində (Finlandiya) Böhranların idarə edilməsi üzrə çoxmillətli NOCO 2014 təlimi keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
AzNews.az