Tanınmış aparıcı ANS-dən getdi: “Vaxtım bitmişdi”

4 Sentyabr 2014 12:34 (UTC+04:00)
Bu sözləri AzNews.az-a "Günəbaxan" verilişinin aparıcısı İlqar Mikayıloğlu deyib.

Onun sözlərinə görə, hələlik heç bir kanalda çalışmaq niyyəti yoxdur:
"Mənim ANS telekanalı ilə müqaviləm vardı. Həmin müqavilənin vaxtı başa çatıb. Hələ ki, heç bir kanaldan dəvət almamışam. Əgər dəvət alsam da, işləmək fikrim yoxdur. Çünki bilirisiz, qolum sınıb. Hazırda onun müalicəsi ilə məşğulam. Sağalsın, baxaram".

Bahar Rüstəmli
AzNews.az