Azərbaycan millisinin AÇ-dakı təqvimi

14 Sentyabr 2012 07:55 (UTC+04:00)
AzNews.az xəbər verir ki, qadınlardan ibarət voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək görüşlər 14-16 sentyabr tarixlərində baş tutacaq. Artıq oyunların təqvimi də bəllidi:

14 sentyabr

16:00 Avstriya – Belarus
18:30 Azərbaycan – Finlandiya

15 sentyabr

16:00 Belarus – Finlandiya
18:30 Avstriya – Azərbaycan

16 sentyabr

16:00 Finlandiya – Avstriya
18:30 Azərbaycan – Belarus

Qeyd edək ki, Azərbaycan yığması Avstriya, Belarus və Finlandiyadan rəqibləri ilə eyni qrupda yer alır. İlk dövrənin Finlandiyada təşkil edilən oyunlarında yığmamız hər üç görüşdə rəqiblərinə aman vermədən qrup lideri olub.

AzNews.az