Qəbələdə 8 tona yaxın narkotik tərkibli bitki məhv edilib
4 Sentyabr 2014 15:31 (UTC+04:00)
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AzNews.az-a bildiriblər ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2014" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində Qəbələ rayonunun Bayramkoxa kəndi ərazisində 11500 ədəd, cəmi çəkisi 7 ton 900 kiloqram olan yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunub. Çətənə kolları yaşıl kütlə şəklində yandırılma üsulu ilə məhv edilib.
AzNews.az