Zeytunluqda avtomobili yandıran şəxslər - saxlanılıb
5 Sentyabr 2014 12:44 (UTC+04:00)
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nizami RPİ 24-cü və 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də Əlibaba Daşdəmirova məxsus "ZAZ" markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Xəyal Sultanov və Ramin Zeynalzadə tutulublar. Onların avtomobili və ona aid sənədləri Binə qəsəbəsinin ərazisində yerləşən "Zeytunluq" adlandırılan ərazidə yandırmaları müəyyən edilib.
AzNews.az