ABŞ səfirliyinin yandırılmasına görə 4 nəfər həbs edildi

14 Sentyabr 2012 09:12 (UTC+04:00)
Liviyanın Benqazi şəhərində ABŞ səfirinin ölümü ilə nəticələnən yanğın hadisəsinə görə 4 nəfər saxlanılıb.

AzNews.az-ın Newsru.com saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Liviyanın Daxili İşlər nazirinin müavini Vanis Əş-Şərəf Röyters xəbər agentliyinə verib.

O, bildirib ki, səfirliyin yandırılmasında şübhəli bilinən 4 nəfər saxlanılıb və onlar sorğu-sual edilir. Nazir Müavini insidentlə bağlı əlavə şərh vermək istəməyib.

Xatırladaq ki, İslam dinini aşağılayan filmə etiraz əlaməti olaraq Liviyanın Benqazi şəhərindəki ABŞ səfirliyi yandırılmış, səfir isə tüstüdən boğularaq ölmüşdü.

Sadiq
AzNews.az