Avtobus dərəyə yuvarlandı- 50 ölü

5 Sentyabr 2014 17:22 (UTC+04:00)
İçində azı 50 nəfərin olduğu avtobus dərəyə yuvarlanıb.

Axar.az xəbər verir ki, hadisə Hindistanın Kəşmir əyalətində meydana gəlib. Aramsız yağan yağışlar torpaq sürüşməsinə səbəb olub və nəticədə avtobus sel sularının axdığı dərəyə yuvarlanıb. Avtobusda bəy və gəlin də olmaqla 50-dən artıq insan olub. Xilasetmə qrupları hələlik avtobusun yerini müəyyən edə bilməyiblər.

Kəskin yağan yağışlardan dolayı Hindistanda məktəblər bağlanıb.

Qeyd edək ki, ümumilikdə ötən il Hindistanda yol qəzalarında 138 minə yaxın insan həlak olub.

AzNews.az