ABŞ terrorçunu məhv etdi

5 Sentyabr 2014 19:17 (UTC+04:00)
"Aş-Şabaab" terror qruplaşmasının somali qolunun lideri Əhməd Abdi Qodani öldürülüb.

ANS PRESS-in məlumatına görə, bu haqda Reuters agentliyi xəbər verib.

Somalinin baş naziri də Əhməd Abdi Qodaninin ölüm faktını təsdiq edib.

ABŞ-ın silahlı qüvvələri islam qruplaşmasına qarşı raket zərbələri vurub. Nəticədə altı döyüşçü öldürülüb, onlardan biri də Qodani olub.

Bildirilir ki, ABŞ hərbçiləri "Hellfire" raketiylə təchiz edilmiş pilotsuz təyyarədən istifadə ediblər.

Qeyd edək ki, "Aş-Şabaab" döyüşçüləri Somalinin əhəmiyyətli ərazisinə nəzarət edirlər, həmçinin qonşu Keniyada terror aktları törədirlər.

AzNews.az