Çimərlik futbolunda qələbə qazandıq
5 Sentyabr 2014 21:03 (UTC+04:00)
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatına qələbə ilə başlayıb.
AzNews.az AzərTac-a istinadən xəbər verir ki, çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Jesolo şəhərində keçirilən dünya çempionatının seçmə mərhələsində iştirak edir.
Bu gün Azərbaycan milli komandası çimərlik futbolu üzrə dünya çempionatında ilk oyununu keçirib. Çexiya yığması ilə qarşılaşan futbolçularımız 4:1 hesabı ilə qələbə qazanıb. Əli Hüseynovun dubl etdiyi oyunda hərəyə bir dəfə Asif Zeynalov və Sabir Allahquliyev fərqlənib.
Millimiz növbəti oyununu sentyabrın 7-də İspaniya yığmasına qarşı keçirəcək.
Dünya çempionatı sentyabrın 14-dək davam edəcək.
AzNews.az