Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri açıqlandı

6 Sentyabr 2014 08:27 (UTC+04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən 4-5 oktyabr Qurban bayramıdır. Əmək Məcəlləsinə əsasən 4 və 5 oktyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 6 və 7 oktyabr tarixləri qeyri-iş günü olacaq.

AzNews.az