“Ölkəm üçün ölməyə hazıram“

6 Sentyabr 2014 16:35 (UTC+04:00)
Ukrayna prezidenti Petro Poroşenko Ukrayna üçün ölməyə hazır olduğunu bildirib.

Apa-nın xəbərinə görə, prezident bu haqda BBC-yə müsahibəsində qeyd edib.

"Mən öz ölkəm uğrunda döyüşməyə və hətta ölməyə belə hazıram. Mən sizi inandırıram ki, ukraynalıların əksəriyyəti belə düşünür" , - deyə Poroşenko bildirib.

Onun sözlərinə görə, Ukrayna sülh üçün əlindən gəlini etməyə hazırdır:

"Mən ölkəmdə sülhün bərqərar olunması, müharibənin dayandırılması, dinc sakinlərin və hərbçilərin öldürülməsinin qarşısını almaq üçün əlimdən gələn hər şey edirəm".

AzNews.az