Suriya ordusu İŞİD-i bombaladı
6 Sentyabr 2014 18:56 (UTC+04:00)
Suriya ordusu İraq Şam İslam Dövləti qruplaşmasına avia zərbələr endirib.
ANS PRESS-in məlumatına görə, Suriya aviasiyası ölkənin şimalında, son zamanlar İŞİD qruplaşmasının qalası sayılan Rakka şəhərini bombalayıb. Hücum nəticəsində azı 13 nəfərin öldüyü bildirilir.
Bombardman nəticəsində çörək sexi və 2 bina dağılıb. Binaların birindən İŞİD şəriət məhkəməsi kimi, ikincisindən isə şəhər nümayəndəliyi kimi istifadə edirmiş.
Qeyd edək ki, ABŞ İŞİD-in İraqdakı mövqelərinə zərbələr endirsə də, Suriya ərazisində qruplaşmaya qarşı heç bir hərbi əməliyyat keçirmir.
AzNews.az