Qondarma nazir cəbhə xəttində

14 Sentyabr 2012 09:39 (UTC+04:00)


Qondarma DQR-in Müdafiə naziri, Movses Akopyan cəbhə xəttinə gəlib. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, Akopyan cəbhə xəttində görülən işlərlə tanış olub, daha sonra isə yüksək rütbəli zabit heyəti ilə iclas keçirib.

Verilən məlumata görə, Akopyan cəbhə boyu mövqe möhkəmləndirmə işlərindən razı qalmayıb və iclasın keçirilməsi də bu zərurətdən yaranıb.

Sadiq
AzNews.az