Bakı Uşaq Teatrında “mafiya” oynanılacaq
8 Sentyabr 2014 08:54 (UTC+04:00)
Teatrın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, teatr bu mövsümünü sentyabrın 9-da "Günahsız günahkarlar" tamaşası ilə açacaq.
İnsan alverinə qarşı mübarizəyə həsr olunan tamaşanın müəllifi Arzu Soltan, quruluşcu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.
Tamaşa gənclər arasında məşhur "mafiya" oyunu üzərində qurulub.
Bahar Rüstəmli
AzNews.az