Nazir göstəriş verdi - Partlayış yerinə yeni texnikalar cəlb edildi

8 Sentyabr 2014 12:23 (UTC+04:00)
AzNews.az-ın hadisə yerində olan əməkdaşının xəbərinə görə, dağıntılar altında qalan iki nəfərin hələ də xilas edilməməsi ərazidə vəziyyəti gərginləşdirib.

Xilasetmə işlərinin ləng aparılmasından narazı qalan məcburi köçkünlər prosesin tez yekunlaşdırılmasını tələb ediblər. Lakin həmin şəxslərin xilasetmə işi sona çatdırılmayıb.

Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun gəlməsindən sonra əraziyə əlavə texnikanın cəlb olunmasına dair qərar verilib.

Hazırda partlayışdan sonra baş verən dağıntının altında qalan 2 nəfərin xilasetmə işlərinə başlanması üçün əraziyə xüsusi texniki vasitələr cəlb edilir.

Azər
AzNews.az