Daha bir turk dövləti işğala məcbur qaldı

8 Sentyabr 2014 12:46 (UTC+04:00)


AzNews.az xəbər verir ki, haqqın.az-ın məlumatına görə, hadisə Faryab əyalətinin (Türkmənistanın şimal-qərbində yerləşən Əfqanıstan əyaləti) Şah yaşayış məntəsi yaxınlığında baş verib.

Taliblər mütəmadi olaraq Türkmənistanın sərhəd məntəqələrinə hücum edir, ölkə ərazisinə soxularaq sərhədçiləri öldürür, silahlarını ələ keçirirlər.

"Şah kəndi taliblərin nəzarətinə keçib. Onlar evləri, motosikletləri yandırırlar. Yerli əhali arasında ölənlər var. İndi bütün ümidlər hökumət qüvvələrinədir. Əgər onlar gəlsələr, terrorçular Şahdan çıxarılacaq", - Buba adlı türkmən polis komandiri deyib.

Polis bildirib ki, tabeçiliyində 100-ə yaxın döyüşçü var. Onlar kəndi 3 gün qoruya biliblər. Döyüş nəticəsində taliblər ağır itkilər verib. Lakin qüvvələr qeyri-bərabər olduğundan kəndi taliblərə verməyə məcbur olublar:

"Əgər bizə silah və yardım versələr, bizim türkmən-əfqan sərhədini taliblərin hücumundan qorumaq imkanınız olacaq".


AzNews.az