İranın lideri Xamneyi əməliyyat olunub

8 Sentyabr 2014 14:45 (UTC+04:00)


İran mətbuatının yaydığı məlumata görə, Xamneyi prostat vəzidən əməliyyat olunub.

Xamneyi xəstəxanaya yerləşdirilməzdən əvvəl bildirib ki, bu, adi əməliyyatdır və millət bununla bağlı narahat olmamalıdır.

Əməliyyat uğurla keçib.

Xatırladaq ki, İranın ali dini liderinin 75 yaşı var və o, 25 ildir ölkəyə rəhbərlik edir. 1981-1989-cu illərdə Xamneyi İran Prezidentinin səlahiyyətlərini icra edib.



AzNews.az