Ermənistan NATO-dan narazıdır
8 Sentyabr 2014 15:01 (UTC+04:00)
APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
Avstriyalı həmkarı Sebastyan Kurtsla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab verən E. Nalbandyan NATO-nun qətnaməsinin danışıqlar prosesinə, regional sabitliyə və təhlükəsizliyə zərər verəcəyini söyləyib.
E. Nalbandyan qeyd edib ki, NATO dəfələrlə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmadığını bildirib, hətta Minsk Qrupunun vasitəçiliyini dəstəkləyib: "Lakin bu qətnamə ATƏT-in Minsk Qrupunun yanaşmasına ziddir".
Qeyd edək ki, NATO-nun yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü dəstəklənib.
AzNews.az